Kür çayının Tovuz rayonundan keçən hissəsində iki nəfər batıb.
Aranxeber xəbər verir ki, çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində iki nəfərin suda boğulduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.



