Ağ gilas mürəbbəsi
Çəyirdəyi çıxarılmış gilas – 1 kq, şəkər 1-1,2 kq, limon turşusu – 2 q, vanilin 1 q və yaxud
hil 3 q.
Mürəbbə bişirmək üçün sıx ətlikli gilas sortları götürülür. Çəyirdəyi çıxarılmış gilasın
üzərinə toz şəkər əlavə edilir. 3-5 saat saxlanılır. Zəif alov üzərində hər dəfə 6-8 dəqiqə
qaynadılıb, 5-6 saat saxlanılmaqla 3 dəfəyə bişirilir. Hazır olana yaxın limon turşusu, vanilin və
ya hil əlavə edilir.
1 kq gilasa 1 ədəd orta irilikdə limon götürülüb qabığı ilə birlikdə xırda doğranılır (nazik
dairəvi dilimlərə də doğramaq olar), mürəbbə hazır olana 15-20 dəqiqə qalmış əlavə edilir. Belə
mürəbbə daha da ətirli və dadlı olur. Bu zaman limon turşusu və ətirvericilər əlavə edilmir.
Gilas mürəbbəsini qoz ləpəsi ilə də hazırlayırlar. Gilasın tumu çıxarılıb yerinə 1\8 qoz
ləpəsi qoyulur və yuxarıdakı qayda üzrə bişirilir. Şəkərin miqdarı hər kq meyvə üçün 200 q artıq
götürülə bilər.
Albalı mürəbbəsi
Albalı – 1 kq, şəkər – 1-1,2 kq, su – 1 stəkan.
Albalını həm şəkər şərbətinə töküb və həm də üstünə toz şəkər səpib öz suyunu
buraxdıqdan sonra bişirirlər. Şirədə bişirilən mürəbbənin rəngi tünd olur.
Mürəbbəni su əlavə etmədən bişirdikdə, meyvələr təmizlənir, yuyulur və aşsüzənə tökülür.
Sonra mürəbbə bişiriləcək qaba növbə ilə, albalı və toz şəkər tökülüb şirəsi çıxana qədər
saxlanılır, sonra vam istilikdə birbaşa və ya iki dəfəyə bişirilir.
Mürəbbəni şəkər şərbətində bişirdikdə 1 kq şəkərə 1 stəkan su əlavə edilir, şirə qaynadıqda
kəfi alınır, sonra meyvə əlavə edilir və hazır olana kimi bişirilir. Arabir kəfi yığılır. Mürəbbə
hazır olana yaxın 4-5 ədəd ətirşah yarpağı salınır.



