“Məlum videom yayıldıqdan sonra məclislərə gedirdim, məni alçaldırdılar. Zamanında məni sındırdılar, amma təmiz məhv edə bilmədilər”.
Aranxeber xəbər verir ki, bu sözləri müğənni Dana Durdana “Bizimləsən” proqramında söyləyib:
“Allah mənə qüvvət verdi. Bilirsiniz, bir qadına şər yaxmaq, onu alçaltmaq lazım deyil”.
Xatırladaq ki, 2009-cu ildə Dana Durdana yarıçılpaq halda döyülərək videoya çəkilib. Daha sonra həmin video ictimaiyyət arasında yayılıb və ona “əxlaqsız” damğası vurulub.



