Baş İmişli Region

İmişlidə yağan leysan vətəndaşların təsərrüfatına ziyan vurub-VİDEO

İmişli rayonuna güclü küləklə müşayiət olunan leysan yağıb. 

Aranxeber xəbər verir ki, bu gün İmişli rayonuna güclü leysan yağışı yağıb. Rayonun Mirili, Qaravəlli və bir çox kəndlərinə yağan güclü yağış kənd təsərrüfatına ziyan vurub.

Güclü leysan pomidor və xiyar istixanalarının selofan örtüyünü yararsız hala salıb, tərəvəz məhsullarını, ağaclardakı gilas, ərik və alçanı tələf edib, taxıl və yonca sahələrinədə ziyan vurub. 

Yağıntı səbəbindən kənd sakinlərinə xeyli maddi ziyan dəyib. 

Güclü külək elektirik naqillərinə ziyan vurub, işiq dir əklərini aşıqrıb. Nəticdə rayonun bəzi kəndlərinə elektirik verilməsində fasilələr yaranıb.