Hadisə Region

Göygöldə yük maşını sürüyə çırpıldı, onlarla qoyun tələf oldu, çoban yaralandı

Göygöldə “KamAZ” qoyun sürüsünə çırpılıb.

Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəticədə 25-ə yaxın qoyun tələf olub, 10-u isə yaralanıb.

Hadisə zamanı çoban Mamed Mamedov da xəsarət alıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.