Hadisə İqtisadiyyat Ölkə

Azərbaycana səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olundu

Milli Məclisin iclasında “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş müzakirəyə çıxarılıb. 

Aranxeber xəbər verir ki, sazişdə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. 

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.