Göyçay Hadisə Region

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1964-cü il təvəllüdlü Bəşirov Əhməd Salman oğlunun idarə etdiyi “QAZ 2410” və 1944-cü il təvəllüdlü İbadov Fəzail Məhərrəm oğluna məxsus “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb, “VAZ 2106”-nın sərnişini Mədinə Həsənova ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.