Sağlamlıq

Dəniz qumunun faydaları və ziyanları

Dəniz və günəş vannası qədər  insan bədəni üçün qum da çox faydalıdır. Tətildə həm gənc, həm də sağlam qalmaq üçün qumun faydalarından istifadə edin. İsti qum xeyirdir deyib saatlarla qumdan çıxmayan insanlar var. Dəri yanıqları, allergik reaksiyalar, günəşdən gələn şüalar qumdan gələn xeyri heçə endirir.

Təzyiq, şəkər, ürək xəstəliyi olan insanların ayaqlarını quma basdırması sağlamlığa daha böyük ziyan vura bilər. Ən dəhşətlisi isə iflic ola bilərlər. Quma basdırılma da həkim nəzarəti altında olmalıdır. Ümumiyyətlə, insanlar elə düşünür ki, ayaqların quma basdırılması ağrıları azaldır. Müəyyən qədər azaldır, amma qum yeyilmiş, yaxud zədələnmiş oynaqları bərpa etmir.

İslanmış dəniz qumunda gəzmək qan damarlarının genişlənməsinə səbəb olur və qan təzyiqini tənzimləyir. Revmatizm xəstəliyinin müalicəsi üçün effektlidir. Bəzi dəri xəstəliklərini müalicə edir. Təbii pilinq təsiri var. Yorğunluğu aradan qaldırır. Antidepressan təsirə malikdir. musavat.com