Hadisə Region

Füzulidə maşın aşdı, sürücü öldü

Mayın 28-də saat 17 radələrində Füzuli rayonunun Babı kəndi ərazisində 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb.

Aranxeber xəbər verir ki,Daxili İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, qəza nəticəsində F.Əliyev hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.