Baş Hadisə Kürdəmir Region

Kürdəmirdə avtomobil məktəblini vurdu

Kürdəmirdə yol qəzası baş verib. 

Aranxeber Report-a istinadən xəbər verir ki, hadisə rayonun Comərdli kəndində qeydə alınıb.

Belə ki, 23 yaşlı Əhmədov Elman Mehman oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən Xırdapay kənd sakini, 16 yaşlı Veyisova Sahilə Sahib qızını vurub. Nəticədə yaralı müxtəlif növ bədən xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.