Mota Jr kimi tanınan portuqaliyalı repçi David Mota iki ay öncə itkin düşdükdən sonra meşədə ölü tapılıb.

Aranxeber-in verdiyi xəbərə görə, bu barədə “The Sun” yazır.
Belə ki, 28 yaşlı repçi tez-tez sosial şəbəkələrdə mövcud olmayan sərvəti ilə öyünüb, zəngin olmasa da, milyarder həyat tərzindən danışıb.

Cinayətkarlar bu fotolara aldanaraq, onu qaçırdıb.

Polisin ehtimalına əsasən, sərvətini harada gizlətdiyini öyrənmək üçün repçiyə işgəncə veriblər.

Onun meyiti evindən 50 kilometr aralıda tapılıb.







