Azərbaycanda 2019-cu ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 186 insan alveri faktı aşkarlanıb.
Aranxeber xəbər verir ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatında yazılıb.
10 nəfərdən ibarət dörd cinayətkar qrupun zərərsizləşdirildiyi, barələrində axtarış elan olunmuş 35 nəfərdən 19-nun isə tutulduğu bildirilib.



