Göyçay Hadisə Region

Göyçay. Polisdən gözəl addım -FOTO

Polis Göyçayda vətəndaşlara tibbi maska paylayıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində rayon ərazisində tədbirlər davam etdirilir.

Poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara sanitar rejimin tələbləri izah olunub. Sosial məsafənin qorunması, tibbi maskadan istifadə etməyin vacibliyi onların diqqətinə çatdırılıb.

Həmçinin, marşrutlarda olan sərnişinlər, hərəkətdə olan piyadalarla maarifləndirici söhbətlər aparılıb. Polis əməkdaşları tərəfindən vətəndaşlara tibbi maska paylanılıb.