Hadisə Kürdəmir Region

Gənc qız dərmandan zəhərləndi

Kürdəmir rayon sakini dərmandan zəhərlənib.

Aranxeber xəbər verir ki, hadisə rayonun Şilyan kəndində baş verib. Qonşularının verdiyi məlumata görə kənd sakini, 19 yaşlı Cavadova Aysu Malik qızı dişi ağrıdığı üçün məlumatsızlıqdan bir neçə həbi eyni vaxtda qəbul edib. Nəticədə onda halsızlıq və baş gicəllənmə yaranıb.

Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər xəstəyə ilkin tibbi yardım göstərərək mədəsini yuyublar. Hazırda pasiyentin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, A.Cavadova əsəb xəstəliyindən müalicə alırmış. 

Faktla bağlı araşdırma aparılır.