Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) futbol oyunlarının gedişində əvəzetmələrin sayının üçdən beşə qədər artırılması təklifini qəbul edib.
Aranxeber xəbər verir ki, bu haqda FİFA-nın rəsmi saytında məlumat verilib.
Qərar Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən də təsdiqlənib.
Qeyd olunur ki, dəyişiklik koronavirus pandemiyası şəraitində müvəqqəti xarakter daşıyır.



