Təhsil

Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib

Repetitor bunları etməlidir.

Aranxeber AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. 

Qaydalarda deyilir: 

  • Onlayn tədris prosesinə üstünlük verilməlidir;
  • Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir;
  • Tədris vaxtı tibbi maskadan istifadəetmək məcburidir;
  • Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);
  • Dərs vəsaitləri ortaq istifadəedilməməlidir;
  • Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;
  • Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.