Region Yevlax

Yevlaxda qanunsuz balıqçı saxlanılıb

Polis  qanunsuz balıq ovu ilə məşğul olan Yevlax sakinini saxlayıb

Aranxeber APA-ya istinadən  xəbər verir ki, hadisə Dəllər-Daşbulaq kəndi istiqamətində,  Şəmkir Su anbarı ərazisində qeydə alınıb.

Belə ki,  ekoloji  cinayətlərin qarşısının alınması məqsədilə  su hövzəsində reyd həyata keçirən Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşları tərəfindən qanunsuz balıq ovu ilə məşğul olan Yevlax rayon Xanabad kənd sakini 1963-cü il təvəllüdlü Məlikov Nofəl  Qəşəm oğlu saxlanılıb.

Yoxlama zamanı ondan “Proqres-2” model qayıq, qayığa təchiz edilmiş “Vixr-30”  model mühərrik, çeşidli ov alətləri və  anbardan  qanunsuz yolla  tutulmuş 42 ədəd müxtəlif növ balıqlar müəyyən olunaraq  dəlil-sübut kimi götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsinin Təhqiqat qrupu araşdırma aparır.