Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.
Aranxeber “Report”a istinadən xəbər verir ki, hadisə Qocalı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2016-cı il təvəllüdlü Səfa Səid oğlu Cəfərov ehtiyatsızlıqdan yaşadıqları evin ikinci mərtəbəsindən yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.



