Kürdəmir sakini ehtiyatsızlıqdan xəsarət alıb.
Aranxeber Report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Rüstəmov Surxay Ərzulla oğlu həyətyanı sahədə su mühərrikini təmir edərkən onu elektrik cərəyanı vurub.
S.Rüstəmov ətrafdakı şəxslərin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.
Fakt araşdırılır.



