Dünya İdman

“Qalatasaray” bütün əcnəbi oyunçularla yollarını ayıracaq

Koronavirus pandemiyasının ciddi ziyan vurduğu klublardan olan “Qalatasaray” bunu sığortalamaq üçün tarixi qərar qəbul edib.

Aranxeber  Apasport.az -a istinadən xəbər verir ki, İstanbul klubunun voleybol komandası bütün əcnəbi oyunçuları ilə yollarını ayıracaq.

Bunu “sarı-qırmızılılar”ın voleybola məsul olan İdarə Heyətinin üzvü Okan Böke açıqlayıb. O bildirib ki, yeni mövsüm komanda bütünlüklə yerli voleybolçulardan ibarət olacaq: “Növbəti mövsümü yalnız türkiyəli voleybolçularla keçirəcəyik. Komandada yalnız bir əcnəbinin müqavilə müddəti gələn ilə qədərdir. Ancaq onunla da söhbətimiz olacaq”.

“Qalatasaray” rəhbərliyi futbol komandasında ciddi dəyişiklik etməyi planlaşdırmır.