Ölkə Sağlamlıq

Azərbaycanda daha 2 erməni koronavirusa yoluxdu

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində daha 2 nəfərdə koronavirus tapılıb.

Aranxeber  Modern.az-a istinadən xəbər verir ki, bununla da, bölgədə virusa yoluxanların sayı rəsmən 3 nəfərə çatıb.

Bundan əvvəl, işğal altındakı Laçın rayonunun Mirik kənd sakinində virus tapılmışdı. Koronavirusa yeni yoluxanların kənddən kənardakı başqa yaşayış məntəqəsində aşkar edildiyi bildirilir.

Erməni jurnalistlər Azərbaycan ərazisində yaradılmış qondarma rejimdə yoluxma hallarının reallıqda qat-qat çox olduğunu yazır.