Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2107” markalı avtomoibl yola çıxan Abbasov Həbiib Musa oğlunu vurub. Xəsarət alan təxminən 23 yaşda olan piyada hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.