Baş Sağlamlıq

Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

Aranxeber xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi koronavirus xəstələri barədə məlumat yayıb.

Yayılan məlumatda bildirilir ki, ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur.