Aranxeber həmin inancları təqdim edir.
1. İspaniya
İspaniyada ayın 13-ü çərşənbə axşamına düşərsə, bu günün “uğursuz gün” olduğunu düşünürlər.
İspan dilində çərşənbə axşamı “martes” adlanır. “Mars günü”: bu, orta əsrlərdə şər kimi xarakterizə edilib.

2. Çin
Çində 4 rəqəmi uğursuz hesab edilir, belə ki, “dörd” sözü “ölüm” sözünə çox bənzəyir. Hətta bəzi binalarda dördüncü mərtəbə yoxdur.

3. Misir
Misirdə bayquş bədbəxtlik gətirən heyvan hesab sayılır. Belə hesab edilir ki, bayquşlar onları görən və ya eşidən insanlara bəd xəbərlər gətirir.

4. Rusiya
Rusiyada hesab edirlər ki, boş vedrə daşımaq və ya hətta, boş vedrə daşıyan insanla rastlaşmaq pis əlamətdir.
Bəlkə də, bu inancın kökləri çar II Aleksandra boş vedrəli şəxsin sui-qəsd etməsinə bağlıdır.

5. Ruanda
Ruandada qadınları keçi əti yeməməyə öyrədirlər, guya, bu əti yedikdə üzdə tüklər uzanır.

6. Finlandiya
Finlandiyada (və bir sıra digər ölkələrdə) hesab edirlər ki, hörümçəyi öldürdükdə yağış yağır.

7. Seneqal
Seneqalda insanların səyahət planlarını özündə saxlamalı olduqları söylənilir. Belə ki, burada hesab edili rki, bu barədə kiməsə danışsanız, planlarınız pozulacaq.

8. Almaniya
Almaniyada içərisində su olan qədəhləri bir-birinə vurmaqdan qorxurlar, belə ki, belə hesab edirlər ki, bu şəkildə içkini birlikdə içdiyiniz insana ölüm arzulayırsınız.

9. Cənubi Koreya
Cənubi Koreyada hesab edilir ki, qapalı otaqda yatarkən ventilyatoru yanılı vəziyyətdə saxlamaq öldürücü təhlükə kəsb edir.
Bu ölkədə ventilyatoru yalnız pəncərələr açıq vəziyyətdə olarkən işlədirlər.

10. Braziliya
Braziliyada çantanı döşəməyə qoymaq olmaz, əks halda, guya, həmin çantanın sahibi kasıblaşacaq.

11. Danimarka
Danimarkada qırılan boşqabları il boyu saxlayır, Yeni il ərəfəsində onları dostlar və qohumların qapılarının altına qoyurlar.
Hesab edilir ki, qapı altında farfor nə qədər çox olarsa, həmin il bir o qədər xoşbəxtlik içində keçər.

12. Şimali Amerika
Şimali Amerikada çatın üzərinə çıxmaq pis əlamət hesab edilir. Hətta bəzi yerlərdə inanırlar ki, bunu etsələr, analarının beli qırılacaq.

13. Portuqaliya
Portuqaliyada geri-geri getmirlər, belə ki, şeytanın addımları yadda saxlaya biləcəyini düşünürlər.

14. Misir
Misirdə qayçını heç bir iş görülmədiyi halda hərəkət etdirmək çox pis əlamət hesab edilir. Onu açıq vəziyyətdə saxlamaq isə daha pisdir. Guya, belə olduğu halda, pis ruhları havada “kəsirsiniz” və onlar bundan qəzəblənirlər.

15. Bolqarıstan
Burada inanırlar ki, üzərinizə quş peyininin düşməsi yaxşı əlamətdir.

16. İtaliya
İtaliyada bir çoxları ayın 17-si cümə gününə düşdükdə qorxur. Belə ki, 17-nin rum rəqəmi ilə ifadəsi (XVII) latın sözü olan VIXI-dəki (“Mənim həyatım bitdi”) hərflərdən ibarətdir.

17. İspaniya
İspaniyada otağa sol ayaqla daxil olmaqdan qorxurlar.

18. Hindistan
Hindistanda cümə və şənbə günləri baş yumaq və dırnaq tutmaq, o cümlədən çərşənbə axşamı və gecələr dırnaq tutmaq pis əlamət hesab edilir.

19. Niderland
Niderlandda nahar masası arxasında mahnı oxumaq şeytan üçün mahnı oxumaq hesab edilir. Burada nahar üçün qonşuya duz vermək də bəd əlamətdir.

20. İsveç
İsveçdə insanlar hansı lyukun üstünə çıxdıqlarına diqqət yetirirlər. Üzərində A hərfi olan lyukun üzərinə çıxmaq sevgi və xoşbəxtlik, K hərfi olan lyukun üzərinə çıxmaq isə qırılan ürək və sevgidə uğursuzluğa işarədir.




