Maraqlı

Maraqlı faktlar

Bəzi maraqlı faktlar var ki, hələ də çoxlarının bu barədə məlumatı yoxdur.

Aranxeber həmin faktlardan bir neçəsini təqdim edir:

1. Çində ingiliscə danışanların sayı Amerikadakılardan daha çoxdur.

2. Bayquş mavi rəngi görə bilən yeganə quşdur .

3. Futbolçu hər dəfə topa kəllə vurduqda beynində 1 000 hüceyrə ölür

4. Çox məcbur qalmadıqca qar yeməyin. Çünki onu əritmək üçün bədəndə olduqca çox enerji sərf edilir.

5. İnsanlar oksigensiz 3 dəqiqə, susuz 3 gün və yemək yemədən 3 həftə yaşaya bilər.

6. 2011-ci ildə Yaponiyada baş verən 8,9 ballıq zəlzələ nəticəsində günlərin uzunluğu 1,8 mikro saniyə azalıb.

7. Qarışqalar məcbur qaldıqlarında 2 həftə ərzində suyun altında yaşaya bilirlər.

8. Cazibə qüvvəsinin olmadığı məkanda ağlamaq mümkün deyil. Çünki göz yaşı aşağı doğru hərəkət edə bilmir və gözdən yaş çıxmır.

9. İnsanların omba sümüyü betondan daha möhkəmdir.

10. Ağcaqanad əleyhinə spreylər əslində onların insanlara yaxınlaşmasını əngəlləmir. Sadəcə olaraq ağcaqanadların hissiyatını bağlayır və bir növ insanları gizləyir.

11. “Süd yolu” qalaktikasında 400 milyarddan çox ulduz olduğu düşünülür.

12. Bir insan gündə ən az 500 litr oksigen istifadə edir.

13. Hər gün 275 milyona yaxın yeni ulduz yaranır.

14. Dünyadakı heyvanların 80%-i altı ayaqlıdır

15. Gözlərin hər biri 130 milyondan çox görmə sinir hüceyrəsindən ibarətdir. Hər hüceyrənin içində isə 100 trilyon atom var. Bu rəqəmlər isə ümumilikdə dünyadakı bütün ulduzların sayından daha çoxdur.

16. Hazırda dəniz aləmində 180-nə yaxın balıq növü işıq görmədən yaşayır.

17. Əgər bir sözü xatırlamaqda çətinlik çəksəniz, yumruğunuzu sıxın. O zaman beyinin fəaliyyəti daha da artır və yaddaşı işə salmağa kömək edir.

18. 600 kiloqramlıq bir balinanın ürək damarının içinə bir insan yerləşə bilər.

19. Bilyard topu sıxılmış kağızdan düzəldilir

20. Sadəcə dişi ağcaqanadlar dişləyirlər .

(NTV Türkiyə)