Son bir ayda İranın Şərqi Azərbaycan əyalətində 230 nəfər keyfiyyətsiz alkoqoldan zəhərlənib.
Aranxeber İSNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Təbriz Tibbi Elmlər Universitetinin rəhbərinin müavini məlumat verib.
Həmin şəxslər içməli spirt əvəzinə texniki spirtdən, metildən hazırlanmış içki içiblər. Nəticədə zəhərlənən 230 nəfərdən ən azı 20 nəfəri həyatını itirib.
Xatırladaq ki,
mart ayında spirtdən kütləvi zəhərlənmə Şərqi Azərbaycan da daxil olmaqla,
İranın Xorasan-Rezavi, Fars, Alborz, Xuzistan, Mazandaran və Ərdəbil
vilayətlərində qeydə alınıb. Nəticədə 200-ə qədər insan həyatını itirib. İnternetdə
spirtin koronavirusdan qorunmağa kömək etməsi barədə yayılan yalan informasiya
bu kimi hallara yol açıb.
İranda islami normalara uyğun olaraq alkoqollu
içkilərdən müsəlmanların istifadə etməsi qadağandır. Müsəlmanlar yalnız texniki
və tibbi spirt əldə edə bilərlər. Yalnız erməni və asur icmalarına alkoqollu
içkilər istehsal və istifadə etməyə icazə verilir.



