İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vahid Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Aranxeber Report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.
Hakim Qurban Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında İmişli şəhərində baş verib.
Əliqulular kənd sakini Cəfərov Vahid Məhəmməd oğlunun idarə etdiyi “VAZ 2115” markalı avtomobil İmişli sakini, 1958-ci il təvəllüdlü Şəmmədov Yasin Zeynalabdin oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən İmişli rayon xəstəxanasında dünyasını dəyişib.
V.Cəfərova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.



