Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı 29 nəfər artıb.
Aranxeber Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Bununla da ölkədə virusa yoluxanların sayı 47 nəfərə çatıb.
Nazir bildirib ki, Türkiyə koronavirusun yayılmasının qarşısını almaq üçün əlindən gələni edir.



