Saatlı rayonunda qəbristanlıqda oğurluq hadisəsi baş verib.
Aranxeber xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Əhmədbəyli kəndi ərazisində yerləşən qəbristanlıqdakı məzarlardan birinin ətrafına quraşdırılan məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini M.Əsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.



