Hadisə Kürdəmir Region

Kürdəmirdə avtomobilin vurduğu şəxs xəstəxanada öldü

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Aranxeber xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat vayıb.

Belə ki, martın 12-i saat 18 radələrində Kürdəmir şəhəri ərazisində Qaraqocalı kənd sakini A.Dünyamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Sabir Babayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.