Ucar rayonu ərazisində yanğın hadisəsi baş verib.
Aranxeber “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun “dördyol” adlanan ərazisində qeydə alınıb.
Belə ki, Bərdə rayon sakini, 1993-ci il təvəllüdlü Pərvin Famil oğlu Şərifovun idarə etdiyi “Mercedes” markalı “TİR” hərəkətdə olan zaman yanıb.
Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Dövlət yanğından mühafizə hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, yük maşınının qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı Bakı-Qazax yolu Bakı istiqamətində 40 dəqiqədən artıq bağlı qalıb.
Qeyd edək ki, yük maşınında geyim əşyaları olub. Yanğının başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, yük maşınında geyim əşyaları olub. Yanğının başvermə səbəbləri araşdırılır.




