Baş Sosial Təhsil

Təhsil Nazirliyi teledərslərə start verir

Təhsil Nazirliyi teledərslərə start verir

Aranxeber xəbər verir ki,  Martın 11-dən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

Teledərslar ibtidai sinif şagirdləri üçün həftənin 5 günü, artıq müstəqil öyrəmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri üçün isə həftədə 2 dəfə keçiriləcək.

İbtidai siniflərlərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.