Bu gün günorta saatlarında Saatlıda qətl törədilib.
Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.
Kənd sakini, 1965–ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Əliyev Fariz Sahib oğlu Saatlı rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəvindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.



