Hadisə Kürdəmir

Kürdəmirdə maşın aşıb, iki nəfər ölüb

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində “Toyota” markalı avtomobil aşıb.

Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 1-də saat 19 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Bakı şəhər sakini S.Hüseynov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən ikisi ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.