Baş Hadisə

İranla sərhəddə gömrük-sərhəd məntəqələri – BAĞLANDI

Azərbaycanın İranla sərhəddəki gömrük məntəqələri fəaliyyətini dayandırıb.

Aranxeber “Report”a istinadən xəbər verir ki, Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi bu gün koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

Qeyd edək ki, Astara Gömrük Postundan da İrana keçid müvəqqəti dayandırılıb. Cənub Ərazi Baş Gömrük İdarəsindən verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir. 

Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.