Baş Sosial Təhsil

Anar Nəcəfli Təhsil nazirinin müşaviri təyin olundu

Təhsil naziri Ceyhun Bayramova yeni müşavir təyin olunub.

aranxeber.com xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, Anar Nəcəfli bu vəzifəyə nazir Ceyhun Bayramovun əmri ilə gətirilib.

Xatırladaq ki, Anar Nəcəfli bu vaxtadək nazirlikdə sektor müdiri vəzifəsində çalışıb.

Məlumat üçün bildirək  ki, Anar Nəcəfli “Nə? Harada? Nə zaman?” intellektual oyununda Azərbaycanı təmsil edən komandanın üzvlərindən biridir.