Məlum olduğun kimi Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrin tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Qərara əsasən, “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada təsdiq edilib.
aranxeber.com AzEdu.az-a istinadən ixtisas qrupları üzrə yeni yaranan ixtisasları təqdim edir.
I ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısı
– Aerokosmik mühəndislik
-Aviasiya təhlükəsizliyi mühəndisliyi
-Geomatika və geodeziya mühəndisliyi
-Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
-Kommunikasiya sistemləri mühəndisliyi
-Mühəndis fizikası, Nəqliyyat mühəndisliyi
-Radiotexnika və telekommunikasiya mühəndisliyi
-Hərbi rabitə vasitələri mühəndisliyi
-Sərhəd təhlükəsizliyi və idarəetmə.
II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısı
-Beynəlxalq ticarət və logistika,
-Mühasibat,
-Turizm bələdçiliyi
-Turizm işinin təşkili
III ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısı
-Məktəbəqədər təhsil
-İslamşünaslıq
– İctimai təhlükəsizlik və idarəetmə
IV ixtisas qrupuna daxil edilən yeni ixtisasları
-Fizioterapiya və tibbi reabilitasiya,
-Tibb bacısı işi
-İctimai səhiyyə
-Tibb və Biotexnologiya
V ixtisas qrupuna daxil edilən yeni ixtisaslar siyahısı
-Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
-Vokal sənəti (sahələr üzrə)
Qeyd edək ki, ümumilikdə qruplar üzrə 22 yeni ixtsas yaradılıb, bəzi ixtisaslar isə ləğv edilib.



