Baş Dünya Hadisə

Türkiyədə qar uçqununda ölənlərin sayı 41-ə çatıb-Yenilənib

Bu gün Türkiyənin Van bölgəsində baş verən ikinci qar uçqunundan sonra  ölənlərin sayı 41 nəfərə çatıb.

************

Dünən Türkiyənin Van bölgəsində baş verən ikinci qar uçqununda ölənlərin sayı 33 nəfər idi.

aranxeber.com NTV-yə istinadən xəbər verir ki, indiyədək ikinci uçqunda ölənlərin sayı 26 nəfər olaraq bilinirdi. Lakin son məlumatlarda daha 7 nəfər uçqunun qurbanı olduğu məlum oldu.

Beləliklə, bu gün baş vermiş iki qar uçqununda ölənlərin sayı 38 nəfərə yüksəlib.

Xatırladaq ki, dünən gecə saatlarında baş vermiş ilk qar uçqununda 5 nəfər ölmüşdü.