Baş Ölkə Sosial

Avropa Məhkəməsi Azərbaycanı 121 min avro cərimələdi

Avropa Məhkəməsi Azərbaycanı 121 min avro cərimələyib.

aranxeber.com toplum.tv-yə istinadən xəbər verir ki, Bu barədə məlumatı media hüquqi üzrə ekspert Xalid Ağalı yayıb.

Məlumata görə, yanvarın 30-da Avropa Məhkəməsi Azərbaycanla bağlı 8 şikayət üzrə qərarını elan edib: “Həmin qərarlar üzrə iddia olunan pozuntuların əksəriyyəti tanınıb, hökumət bu işlərdəki ərizəçilərə cəmi 121 min 849 avro təzminat ödəməlidir”.

Bu qərarlardan biri Elçin Namazovun vəkillikdən uzaqlaşdırılması barəsindədir: “Elçin Namazov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi iddia olunan pozuntunu –Konvensiyanın 8-ci maddəsinin (şəxsi həyatın toxunulmazlığı) pozuntusunu tanıyıb. Hökumət vəkillikdən uzalqaşdırılmış hüquqçuya 7850 avro təzminat ödəməlidir”.

Xalid Ağali qərarlardan ikisi cəbhəçi ilə müsavatçının şikayəti əsasında olduğunu bildirib: “Məhkəmə Tofiq Yaqublu və Əhədov Azərbaycana qarşı işdə işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, birləşmək hüquqlarının pozuntusunu tanıdı. Azərbaycan hökuməti bu pozuntulara görə, Tofiq Yaqubluya 16900, Əhədova isə 13300 avro təzminat ödəməlidir”.

Qərarlardan biri isə şəxsiyyət vəsiqəsi verilməsindən imtina, məhkəmələrin iki azyaşlı uşağı ataya verməsi barədədir: “Eldar Əhmədov Azərbaycana qarşı işdə də AİHM 8-ci maddənin poulduğuan qarar verdi. Qərara görə, hökumət ərizəçiyə 7500 avro təzminat ödəməlidir”.

AİHM həmçinin 8-ci maddənin pozuntusunu tanıyıb: “Hökumət ərizəçiyə 4500 avro təzminat ödəməlidir. Ləman Babayeva işi valideynlik hüququ ilə bağlı idi. Bu işdə yerli məhkəmələr iki azyaşlı uşağı ondan alıb ataya vermişdilər”.

Xaliq Ağali Ukrayna, Norveç və Ermənistan vətəndaşlarının şikayətləri barədə qərarları da qeyd edib: “”Babin və digərləri Azərbaycan qarşı” işdə AİHM iddia olunan pozuntunu – ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna qərar verdi. Hökumət bu iş üzrə ərizəçilərə ümumilikdə 6199 avro təzminat ödəməlidir.

Yahova şahidləri dini icması və Oddvar Hansen Azərbaycan qarşı işdə də ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb. 

Qərara görə, Azərbaycan bu iş üzrə ərizəçilərə 3400 avro ödəməlidir.

Bu işdə ərizəçilər 2006-cı ildə Bakıda Yahova şahidləri dini icmasının 200-ə qədər üzvünün iştirakı ilə dini mərasim keçirərkən saxlanılmış, onlara məxsus kompüter avadanlıqları, dini ədəbiyyat və digər əşyalar götürülmüşdü.

Sarıbekyan və Balyan Azərbaycan qarşı işdə iddia olunan pozuntuların əksəriyyəti tanınıb. AİHM hesab edib ki, bu işdə yaşamaq, işgəncəyə məruz qalmamaq hüquqlarına müdaxilə olunub. Qərar Azərbaycan hökumətinin Ermənistan vətəndaşlarına 62 200 avro təzminat ödəməsini nəzərdə tutur”.

Xalid Ağali bildirib ki, bu işdə Azərbaycanı təmsil edən hakim Lətif Hüseynov qərara müxalif qalıb, öz müxalif rəyini təqdim edib.