Bu günə qədər Çində 100-dən çox insanın həyatına son qoyan koronavirusu ilə bağlı xoş xəbər var.
aranxeber.com xəbər verir ki, virusa yoluxduqdan sonra müalicə olunan 60 nəfər xəstəxanadan evə buraxılıb.
Çin mətbuatının yaydığı məlumata görə Vuhan şəhərində meydana gələn və epidemiyaya çevrilmiş koranavirus (2019-nCoV) səbəbiylə ölkədə həyatını itirənlərin sayı 106 nəfərə çatıb.
Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, Tibet Muxtar Vilayəti istisna olmaqla, ölkə daxilində təsirli olan 2019-nCoV epidemiyası ilə yoluxduğu təsdiqlənənlərin sayı 4 min 515-ə çatıb, onlardan 976-sı ağırdır.
Bununla birlikdə infeksiyadan şübhələnənlərin sayının 6 min 973 olduğu, təsirlənmiş insanlarla təmasda olması səbəbiylə müşahidə altına alınanların sayının 44 min 132 olduğu bildirilir.



