Baş Ölkə Sosial

Parlament seçkilərində 95 nəfər namizədliyini geri götürdü

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində 95 nəfər mübarizəni dayandırıb.

aranxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur. Ümumilikdə 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Xatirladaq ki, əvvəlki 2 gün ərzində isə 18 nəfər deputatlığa namizədliyini geri götürmüşdü.