Baş Hadisə Region

Kürdəmirdə qoyun oğruları tutuldu

Kürdəmirdə qoyun oğurlayan şəxslər saxlanılıb.

aranxeber.com xəbər verir ki, bu barədə mətbuata Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da və 11-də rayon ərazisindəki 2 həyətyanı sahədən ümumilikdə 4 baş qoyun və 1 baş keçi oğurlamaqda şübhəli bilinən Mollakənd kənd sakinləri, əvvəllər məhkum olunmuş İ.Heydərov və E.Qənbərli saxlanılıblar.