Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
“Marja” xəbər veri05r ki, Sərəncama əsasən, Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 700 (yeddi yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.



