Azərbaycandan 2019-cu ilin iyun-sentyabr ayları ərzində kapital axını 970 mln. ABŞ dolları təşkil edib ki, bu da son illərin rüb üzrə götürsək ən böyük rəqəmi olması deməkdir.
aranxeber.com banker.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı açıqlayıb.
Cari ilin I rübü ərzində kapital axının həcmi $741 milyon, II rübü ərzində $655 milyon və qeyd etdiyimiz kimi son III rübü ərzində $970 milyonluq kapital axını baş vermişdir. Ötən ilin eyni rübü ilə müqayisədə həcmi 41,19 faiz artması deməkdir.
Cari ilin 3 rübü (yanvar-sentyabr) ərzində isə ölkədən 2 milyard 366 milyon ABŞ dolları həcmində kapital çıxarılıb. Lakin illik müqayisədə 1,4 faiz azalma olmasıdır – ötən ilin 3 rübü ərzində bu rəqəm 2 milyard 400 milyon ABŞ dolları təşkil edirdi.
Hesabat dövründə Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların həcmi isə 946 mln. manat təşkil etmişdir ki, ilin ilk 9 ayı ərzində 2 milyard 970 milyon ABŞ dolları olması deməkdir.
Kapital axını (The Internatıonal Flows of Goods and Capıtal) – Açıq iqtisadiyyatın digər ölkələrin iqtisadiyyatı ilə qarşılıqlı fəaliyyəti iki yolla baş verir: dünya əmtəə bazarlarında əmtəə və xidmətlər alqısı və satqısı yolu ilə və dünya maliyyə bazarlarında maliyyə resurslarının alqısı və satqısı yolu ilə.



