Baş Hadisə Region

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

aranxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb. 99 GH 604 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 99 EK 013 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə həmin vaxt “Opel”in arxa tərəfində dayanmış sürücüsü aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma apaılır.