Ukrayna Yol Hərəkəti Qaydalarında dəyişiklik edilib.
aranxeber.com xəbər verir ki, dəyişikliklərə əsasən piyadanın səhlənkarlığına görə qəza və ya piyadanın ölümü ilə nəticələnən hadisədə, sürücü heç bir məsuliyyət daşımır.
Hadisə zamanı piyada ölmədiyi halda sürücüyə dəymiş zərəri tam olaraq ödəməlidir.
Hüquqşünasların fikrincə, bu, məhkəmələrdə və yollarda inqilab vəd edir, bunun əsas nəticəsi piyadaların vurulduğu qəzaların sayının azalması ola bilər. Bu qanunun qəbulundan sonra piyadalar daha diqqətli olacaqlar və qəza sayları azalacaq. Çünki piyadalar artıq sağlamlığından əlavə olaraq pullarını da itirəcək.
Yol qaydalarına görə, onların nəinki hüquqları, həm də öhdəlikləri var. Qanuna görə piyadalar yolun hərəkət hissəsinə girmədən əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmamasına əmin olmalıdırlar. Əlavə olaraq piyadaların özlərinə və digər yol istifadəçilərinə heç bir təhlükə olmadığına əmin olmadan yola çıxmağı qadağan edilir.



