Hadisə Region

Zibillikdən tapılan uşaqla bağlı açıqlama

Səhiyyə Nazirliyi Gəncə şəhərində zibilliyə atılmış yeni doğulan körpəylə bağlı növbəti məlumatı yayıb. 

aranxeber.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Qurumdan verilən məlumata görə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri körpə 3-4 günlük oğlan uşağıdır.

Hazırkı vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Xatırladaq ki, körpə dünən şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında tapılıb.