Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov məhkəmə qarşısına çıxarılıb.
aranxeber.com “APA”ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində həmin şəxslərlə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb.
Hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



