Sabirabad rayonunda uşaq ölümü qeydə alınıb.
aranxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki , hadisə Sabirabad rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb.
Belə ki, Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızının doğuşdan bir gün sonra körpəsi ölüb.
Yaxınlarının iddiasına görə, uşaq həkim səhlənkarlığı nəticəsində həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



