Türkiyə milli komandası AVRO-2020-nin final mərhələsinin püşkatması nəticəsində A qrupuna düşüb.
aranxeber.com “Report”a istinadən xəbər verir ki, “ay-ulduzlular” Bakıda keçiriləcək qrupun oyunlarından ən azı birini Azərbaycan paytaxtında keçirəcəklər. Bu, ya İsveçrə, ya da püşk nəticəsində qrupa düşəcək dördüncü komanda – Finlandiya və ya Uels olacaq.
A qrupu: Türkiyə, İtaliya, İsveçrə
B qrupu: Danimarka, Belçika, Rusiya
C qrupu: Hollandiya, Ukrayna, Avstriya
D qrupu: İngiltərə, Xorvatiya, Çexiya
E qrupu: İspaniya, İsveç, Polşa
F qrupu: Portuqaliya, Fransa, Almaniya.



